Əbülfəs Qarayev 4-cü Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirak edir

Əbülfəs Qarayev 4-cü Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirak edir
17:22 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində 4-cü Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu keçirilir.
"Report" xəbər verir ki, forumun baş qərargahı Ermitaj Atriumda keçirilən açılış mərasimində Rusiyanın prezidenti Vladimir Putin, YUNESKO-nun baş direktoru İrina Bokova, Rusiya Muzeylər Assosiasiyasının prezidenti, Ermitaj Muzeyinin direktoru Mixail Piotrovski, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski iştirak edib.
Forumda Azərbaycan Respublikasını mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Tədbirdə giriş sözü ilə çıxış edən Rusiya prezidenti Vladimir Putin mədəni mülkiyyətin qorunması istiqamətində mübarizədə beynəlxalq səylərin birgə fəaliyyətinin zəruriliyini qeyd edib.
YUNESKO-nun 70 illik yubiley mərasiminə həsr olunan tədbirin əsas müzakirə mövzusu mədəni irsin qorunması, müasir dünya və mədəni həyatın inkişaf məsələləri olub.
Tədbir çərçivəsində Mariinski Teatrında Forumun açılış mərasiminə həsr olunmuş rəsmi ziyafətdə Rusiya prezidenti Vladimir Putin və digər rəsmi şəxslər iştirak edib.
Qeyd edək ki, 3 gün davam edəcək tədbirdə iştirakçılar şəhərin 82 müxtəlif yerində keçiriləcək 250-dən çox mədəni hadisənin iştirakçısı olacaq. Doqquz minə yaxın iştirakçısı olan forumda 40-dan çox ölkənin mədəniyyət naziri iştirak edir. Forum 12 müxtəlif bölmədən ibarətdir.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/ebulfes-qarayev-4-cu-sankt-peterburq-beynelxalq-medeniyyet-forumunda-istirak-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR