Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Monserrat Kabalye: 6 ay həbs cəzası və 254 min avro cərimə

Monserrat Kabalye: 6 ay həbs cəzası və 254 min avro cərimə

Date: 15 December 2015 17:33


Bakı, 15 dekabr, AZƏRTAC
İspaniyanın Barselona şəhər məhkəməsi məşhur opera müğənnisi Monserrat Kabalyeni 6 aylıq həbs cəzasına məhkum edib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, səhhətinə görə məhkəmə iclasına gələ bilməyən Kabalye ifadəsini videoəlaqə vasitəsi ilə verərək günahını boynuna alıb. Bundan başqa 82 yaşlı müğənni 254 231 avro məbləğində cərimə ödəməli olacaq. O, həmçinin 1,5 il müddətində dövlət yardımı ala bilməyəcək və gecikmiş ödəmələrə görə daha 72 min avro həcmində faiz ödəyəcək.
Xatırladaq ki, məşhur opera müğənnisi Monserrat Kabalye 2010-cu ildən bəri fiziki şəxs qismində İspaniya xəzinəsinə vergi ödəməməkdə ittiham olunur. Formal olaraq Andorra sakini kimi qeydiyyatdan keçməsi onun İspaniyada vergi ödəməkdən yayınmasına kömək edib. Prokurorluq bunu əsas götürərək iddia edir ki, müğənni daim Barselonada yaşayır və yalnız vergidən yayınmaq üçün Andorrada qeydiyyatdan keçib.
Nəticədə Kabalye təqsirini etiraf etməyə, 250 min avro cərimə ödəməyə, həmçinin 6 aylıq həbs cəzasına razı olub. Bundan başqa o, artıq İspaniyanın dövlət xəzinəsinə 508 min avro vergi ödəyib.
Söhbətin iki ildən az bir müddətə həbs cəzasından getdiyi və müğənninin əvvəllər cinayət məsuliyyətinə cəlb olunmadığı üçün çox güman ki, bu cəza şərti xarakter daşıyacaq.

Tags:  Monserrat Kabalye ay həbs cəzası 254 min avro cərimə


RƏYLƏR


Top news