BDU-da TVİNNİNQ layihəsi çərçivəsində təlim

BDU-da TVİNNİNQ layihəsi çərçivəsində təlim
17:33 15 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” adlı TVINNINQ layihəsi çərçivəsində təlim keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, layihəyə uyğun olaraq təlimdə Azərbaycanın Avropa təhsil məkanına uğurlu şəkildə inteqrasiyası və ali təhsil sistemində həyata keçirilən islahatlara yardım göstərilməsi məqsədilə bir çox məsələlər müzakirə edilib, gələcəkdə bu sahədə ekspert kimi fəaliyyət göstərə biləcək iştirakçılara ətraflı məlumat verilib. Müxtəlif universitetləri təmsil edən 30 nəfərin iştirak etdiyi təlimdə yerli və xarici ekspertlərin çıxışları maraqla dinlənilib.
Qeyd edək ki, ikigünlük təlimin sonunda iştirakçılar sertifikatla təltif ediləcəklər.
İki il müddəti olan TVİNNİNQ layihəsinin fəaliyyət planı keyfiyyətin artırılması üzrə boloniya prosesinə uyğun olaraq ali təhsil sahəsində islahatların aparılması, ali təhsil müəssisələri üçün akkreditasiya sisteminin təkmilləşdirilməsi, Avropa İttifaqı və Azərbaycan arasında siyasi dialoq və getdikcə artmaqda olan beynəlxalq əməkdaşlıq və mobillik məsələlərini əhatə edir.
Layihənin rəhbərləri Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzinin vitse-prezidenti Helka Kekalainen, Estoniya Ali Təhsildə Keyfiyyətin Təmin Olması üzrə Agentliyin prezidenti Heli Mattisin və Təhsil Nazirliyinin təhsilin inkişaf proqramları şöbəsinin müdiri Emin Əmrullayevdir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BDU_da_TVINNINQ_layihesi_cherchivesinde_telim-911453

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR