Qənirə Paşayeva Türkiyə KİV-nə müsahibə verib

17:39 15 Dekabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Qənirə Paşayeva Sinopda Türkiyənin bir sıra  televiziya kanalları, agentlikləri və qəzetlerinin təmsilçiləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, millət vəkili görüşdə hər zaman Türkiyənin yanındayıq deyib.
 

Q.Paşayeva Türkiyə KİV-lərini Qarabağ münaqişəsi, Xocalı Soyqırımı mövzusuna həssaslığı daha da artırmağa çağırıb.

O, Türkiyə KİV-ləri Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin yayılmasında, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizədə daha fəal olmalıdırlar deyən millət vəkili Qənirə Paşayeva onlara geniş müsahibələrində Qarabağ həqiqətləri və bölgədə baş verən son hadisələrlə bağlı sualları ətraflı cavablandırıb.  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətlə bağlı danışan millət vəkili Qənirə Paşayeva deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransa münaqişənin həll edilməsi üçün təəssüf ki, heç bir addım atmırlar. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını daşıyan ATƏT MQ həmsədrlərinin Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərməməsi Ermənistanın bölgədə daha da həddini aşmasına və vəziyyəti daha da gərginləşdirən təxribatları davam etdirməsinə səbəb olur. Millət vəkili Ermənistanın neçə aylardır girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevdən də danışıb. Azərbaycan həqiqətlərinin həm Türkiyədə insanlara, həm də bütün dünyaya yayılmasında Türkiyə KİV-lərinin də üzərinə böyük missiya düşdüyünü deyən Qənirə Paşayeva Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında KİV-lərin televiziyaların, agentliklərin, qəzetlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib və KİV-ləri bu istiqamətdə həssaslığı daha da artırmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva qondarma erməni soyqırımına qarşı mübarizədə də Türk Dünyası KİV-nin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayaraq jurnalistlərimiz də daxil olmaqla hər bir insanımızı qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb. Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə jurnalistləri suallarını geniş cavablandıran millət vəkili Q.Paşayeva qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır deyib və Azərbaycan xalqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə isə sizin olduğu qədər bizim də vətənimizdir deyən millət vəkili Q. Paşayeva  Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir və   İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayıb və KİV-ləri Azərbaycan mövzusunda daha da həssas olmağa çağırıb. Bəzən əsli olmayan xəbərlərin bəzi KİV-lərdə verilməsi insanımızı çox üzə bilir deyən millət vəkili Q.Paşayeva münasibətlərə zərər vurmaq məqsədi daşıyan bu cür xəbərlərə KİV-in xüsusi diqqətlə yanaşılmasının vacibliyini xüsusi vurğulayıb. Millət vəkili Qənirə Paşayeva KİV təmsilçilərinə özünün müəllifi olduğu kitablarla  yanaşı  Azərbaycanın tarixi, mədəniyyəti,  Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən  kitabları, materialları, filmləri də  hədiyyə edib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225314

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR