Devid Kemeron Azərbaycan prezidentinə başsağlığı verdi

Devid Kemeron Azərbaycan prezidentinə başsağlığı verdi
17:42 15 Dekabr 2015
14 Ölkə
Ölkə mətbuatı
A- A+

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Dekabrın 4-də "Günəşli" dəniz neft yatağındakı platformada baş verən yanğın nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Birləşmiş Krallığın hökuməti və xalqı adından qəza nəticəsində doğmalarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, itkin düşənlərin axtarışını davam etdirən xilasedicilərə uğur diləyir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.

Bu kədərli günlərdə Sizin və Azərbaycan xalqının yanında olduğumu bildirirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/390504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR