Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yasamalda iki küçə yenidən qurulur (FOTO+VİDEO)

Yasamalda iki küçə yenidən qurulur (FOTO+VİDEO)

Date: 15 December 2015 17:48

Bakı. Trend:

Bakının Yasamal rayonunda iki küçənin yenidən qurulması işlərinə başlanılıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Trend-ə verilən məlumata görə, yenidən qurulmasına başlanılan küçələr Balababa Məcidov və Abdulla Şaiq küçələridir.

Balababa Məcidov küçəsinin yenidən qurulan ərazisi Cəfər Cabbarlı küçəsi ilə Nəriman Nərimanov prospektləri arasında yerləşən təqribən 560 metrlik hissəsidir, Abdulla Şaiq küçəsinin isə təmir-tikinti işlərinin aparıldığı ərazisi Balababa Məcidov və Mirzə Ağa Əliyev küçələri arasında yerləşən təqribən 635 metrlik hissəsidir.

Hər iki küçədə mövcud olan təqribən 8-9 metrlik yolun eni genişləndirilərək 15 metrə çatdırılması planlaşdırılır. Bu səbəbdən yolun hərəkət hissəsinə düşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi işləri aparılır. Bununla paralel olaraq köhnə asfalt-beton örtüyü də qaşınaraq ərazidən daşınır.

Sözügedən küçələrin yenidən qurulması işləri çərçivəsində 1-1,5 metr dərinlikdə yeni yol yatağı salınacaq, yeni yağış-kanalizasiya sistemi tikiləcək, hər iki istiqamət üzrə 1,5 metr enində piyada səkiləri və yeni işıqlandırma sistemləri qurulacaq, səkilərin kənarlarına təqribən 2500 paqon-metr səki daşı düzüləcək. Ümumilikdə Balababa Məcidov və Abdulla Şaiq küçələrinin təqribən 18 min kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənəcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Yasamalda iki küçə yenidən qurulur FOTOVİDEO

RƏYLƏR


Top news