Azərbaycanda “Farhause” neon ev muzeyi açılıb

Azərbaycanda “Farhause” neon ev muzeyi açılıb
17:51 15 Dekabr 2015
12 Şou
Ölkə mətbuatı
A- A+

Neon sənətinin nümayəndəsi, naqqaş-rəssam Fərid Ələkbərov “Farhause” neon ev muzeyi açıb.

Axşam.az-ın məlumatına görə Mədəniyyət və Turizm Nazirliyindən AzərTac-a bildirilib ki, Novxanı qəsəbəsində yerləşən unikal neon ev muzeyi “Farhause” iki mərtəbədən ibarətdir. Ev sahibi və bütün bunların yaradıcısı da orada yaşayır. Əlavə olaraq su səviyyəsindən bir qədər aşağıda yerləşən industrial sitildə olan bir ərazi də var ki, ora kiçik sərgi zalı funksiyasını yerinə yetirir. Burada Fərid Ələkbərovun öz işlərindən başqa onun dostlarının və həmkarlarının işləri nümayiş olunur. Elə bu da “Farhouse”un spesifik xüsusiyyətlərindəndir – o, özlüyündə bir növ art-xoldinqi birləşdirir. Təsviri sənətin müxtəlif növləri – heykəltəraşlıqdan tutmuş metal üzərində naqqaşlığa, rəssamlıqdan vitrajlara qədər, bir sıra müəlliflərin işləri həmin neon naxışlarla birləşib.

Fərid Ələkbərovun istifadə elədiyi neon boyalar adi gün və ya elektrik işığında zəif görünür, ya da ümumiyyətlə görünmür. Amma qaranlıq yaradıb, xüsusi ultra-bənövşəyi işıq yandırmaq kifayətdir ki, insan paralel – mistik və hədsiz gözəl reallığa qərq olsun.

Qeyd edək ki, neon sənəti neon boyasının ultrabənövşəyi işıq altında əks olunma effektinə əsaslanan boya sənətidir. İşıq illüziyası və 3D effektinin köməyi ilə neon boyası ilə çəkilən şəkillər canlandırılır.






Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42552

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR