Azərbaycan Beynəlxalq Mədəniyyət Forumunda

Azərbaycan Beynəlxalq Mədəniyyət Forumunda
17:56 15 Dekabr 2015
19 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyada dördüncü Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu keçirilir.

Axşam.az-ın məlumatına görə, forumun baş qərargahı Ermitaj Atriumda keçirilən açılış mərasimində Rusiya Prezidenti Vladimir Putin, UNESCO-nun baş direktoru İrina Bokova, Rusiya Muzeylər Assosiasiyasının prezidenti, Ermitaj Muzeyinin direktoru Mixail Piotrovski, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski iştirak ediblər.

Forumda Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbirdə giriş sözü ilə çıxış edən Rusiya Prezidenti Vladimir Putin mədəni mülkiyyətin qorunması istiqamətində mübarizədə beynəlxalq səylərin birgə fəaliyyətinin zəruriliyini vurğulayıb.

Nazirlikdən bildirilib ki, UNESCO-nun 70 illik yubiley mərasiminə həsr olunan tədbirin əsas müzakirə mövzusu mədəni irsin qorunması, müasir dünya və mədəni həyatın inkişaf məsələləri olub.

Tədbir çərçivəsində Mariinski Teatrında təşkil olunmuş Forumun açılış mərasiminə həsr olunan rəsmi ziyafətdə Rusiyanın Prezidenti Vladimir Putin və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, 3 gün davam edəcək tədbirdə iştirakçılar şəhərin 82 müxtəlif yerlərində keçiriləcək 250-dən çox mədəni hadisənin iştirakçısı olacaqlar.

Doqquz minə yaxın iştirakçısı olan forumda 40-dan çox ölkənin mədəniyyət naziri iştirak edir. Dekabrın 16-dək davam edəcək Forum 12 müxtəlif bölmədən ibarətdir. (AzərTac)


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42553

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR