Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

AEBA: "İran "altılıq"la razılaşmanın həyata keçirilməsi üçün hazırlıqları başa çatdırmalıdır"

AEBA: "İran "altılıq"la razılaşmanın həyata keçirilməsi üçün hazırlıqları başa çatdırmalıdır"

Date: 15 December 2015 17:57

Bakı. 15 dekabr. REPORT.AZ/ "Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (BAEA) İranı "altılıq"la razılaşmanın həyata keçirilməsi üçün hazırlıqları başa çatdırmağa çağırır".
"Report" TASS-a istinadən xəbər verir ki, bu sözləri agentliyin baş direktoru Yukiya Amano AEBA İdarə Heyətinin iclasında deyib.
Onun sözlərinə görə, rəsmi Tehran öhdəliklərini tam yerinə yetirdikdən sonra AEBA İdarə Heyətinə ayrıca hesabat təqdim olunacaq.
Y.Amano eyni zamanda qeyd edib ki, İranın birgə geniş tədbirlər planı çərçivəsində təminat və digər öhdəliklərlə bağlı əlavə protokol normalarını necə yerinə yetirməsinə nəzarət etmək əlavə maliyyə vəsaitlərinin cəlb olunmasını tələb edir. Baş direktor müvafiq hesabatları 2016-cı ilin yanvarında təqdim edəcəyini açıqlayıb.

Tags:  AEBA İran altılıqla razılaşmanın həyata keçirilməsi hazırlıqları başa çatdırmalıdır


RƏYLƏR


Top news