Azərbaycanlıların Rusiyadan aldığı zərbə (FOTO)

Azərbaycanlıların Rusiyadan aldığı zərbə  (FOTO)
18:21 15 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Rubl tarixində ilk dəfə kəskin şəkildə ucuzlaşıb.

ANS PRESS-in məlumatına görə, dolların rəsmi məzənnəsi bu gün daha 60,5 qəpik bahalaşaraq 16 dekabr tarixindən Rusiya Mərkəzi Bankı tərəfindən 70,8295 rubl civarında müəyyən edilib.

1998-ci ildə baş vermiş denominasiydan sonra ilk dəfə olaraq Rusiya Mərkəzi Bankı dolları bu qədər baha qiymətləndirib. Rublun sonuncu dəfə minimal enişi 25 avqust 2015-ci ildə qeydə alınıb ki, onda da 1 dollar 70,7465 rubl olub.

Avronun rəsmi məzənnəsi isə 1,26 rubl bahalaşaraq, son 10 ayda qeydə alınmayan maksimum qiymətinə qalxaraq 78 rubl olub. Rusiya Mərkəzi Bankı avronun bu günə olan məzənnəsini 78,2312 rubl müəyyən edib. Sonuncu dəfə avronun qiyməti bu həddə 3 fevral 2015-ci ildə çatıb.

Dünən neftin 1 barelinin qiyməti enərək 37 dollar olması dolların məzənnəsinin rubla nəzərən Moskva birjalarında maksimal qiymətə çataraq 71,225 rubl olmasına səbəb olub. Bu da dolların qiymətinin 11 dekabrdakı məzənnədən 86,3 qəpik baha olması deməkdir.

Eyni zamanda da avronun rubla nisbətdə məzənnəsi 73,6 qəpik bahalaşaraq 78,449 rubl müəyyən edilib. Bu gün Moskva birjalarında keçirilən hərracda avronun məzənnəsi 70,371 rubla qədər enərək 1 avro 77,57 rubl olub. Valyutanın bu şəkildə dəyişməsi haqqında ictimaətə açıqlama verən Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, "valyutanın bu cür dəyişkənliyi bizi də narahat edir, bu prosesləri yaxından izləyirik".


Dmitri Peskov Rusiya Prezidentinin mətbuat katibi


Rublun bu şəkildə dəyər itirməsi Rusiyada yaşayan, işləyən azərbaycanlıların maddi vəziyyətinə də öz təsirini göstərəcəyi gözlənilir. İqtisadçı Vüqar Bayramov ANS PRESS-ə bildirib ki, rublun kəskin şəkildə dəyər itirməsi Rusiya iqtisadiyyatındakı problemlərdən qaynaqlanır. Bu cür vəziyyət orada yaşayan həmvətənlərimizin ailələrinə pul göndərməsinə və onların dolanışacağına öz mənfi təsirini göstərəcək. Ötən il Mərkəzi Bankın hesablamalarına görə, Rusiyada yaşayan azərbaycanlılar ölkəmizə 1 milyard dolar vəsait göndərirdilərsə, rublun məzənnəsinin aşağı düşməsindən sonra bu məbləğin 40 faiz azalacağı gözlənilir.

”Hələlik Rusiyada yaşayan azərbaycanlıların ciddi şəkildə axını gözlənilmir. Nəzərə alsaq ki, orada işləyən azərbaycanlıların əksəriyyətinin ali təhsilin yoxdur və bu vəziyyət onların ölkəmizdə işlə təmin olunmasında çətinlik yaradır. Buna görədə onlar orada qalıb işləməyi seçirlər”,- deyə Vüqar Bayramov vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367342

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR