Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezidentdən Bəhreyn kralına TƏBRİK

Prezidentdən Bəhreyn kralına TƏBRİK

Date: 15 December 2015 18:24

Prezident İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət şeyx Həməd bin İsa Al Xəlifəyə Bəhreyn Krallığının Milli günü münasibətilə təbrik məktubu göndərib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:

"Əlahəzrət,

Bəhreyn Krallığının Milli günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Bəhreyn arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim sülh və rifah arzulayıram".

 


Tags:  Prezidentdən Bəhreyn kralına TƏBRİK

RƏYLƏR


Top news