İtkin düşən neftçilərin axtarışları dayandırıldı

İtkin düşən neftçilərin axtarışları dayandırıldı
18:31 15 Dekabr 2015
342 Şou
Ölkə mətbuatı
A- A+

Xəzərdəki "Günəşli" yatağının 10-cu özülündə baş vermiş yanğın ocaqlarında itkin düşən neftçilərin axtarışları dayandırlıb.

Axşam.az xəbər verir ki, ARDNŞ-nin “Azneft” İstehsalat Birliyindən modern.az-a verilən məlumata görə, havanın küləkli olması ilə əlaqədar axrtarışlar dayandırılıb:
 
“Bu gün havanı küləkli olmasına baxmayaraq, axtarışlar davam edib. Amma küləyin güclənməsi nəticəsində axtarışlar dayandırılıb. Axtarışlar hava şəraitindən asılı olaraq sabah davam etdiriləcək”.

Qeyd edək ki, dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. 33 nəfər xilas edilib, 7 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib. Hazırda 23 nəfərin axtarışı dayandırılıb.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42557

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR