İlham Əliyev Nursultan Nazarbayevi, Bəhreyn kralını təbrik edib

İlham Əliyev Nursultan Nazarbayevi, Bəhreyn kralını təbrik edib
18:32 15 Dekabr 2015
8 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Bəhreyn Krallığının Milli günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Bəhreyn arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim sülh və rifah arzulayıram".

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli Nursultan Abişeviç, Qazaxıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün dərin tarixi kökləri olan Azərbaycan-Qazaxıstan münasibətləri hərtərəfli və dinamik inkişaf yolundadır. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, çoxşaxəli əməkdaşlığımız və fəaliyyətimiz ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir.

Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz ortaq mənəvi dəyərlərə və ənənələrə malik xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/390512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR