Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanla Türkiyə arasında hərbi sahədə yeni sənəd imzalanıb

Azərbaycanla Türkiyə arasında hərbi sahədə yeni sənəd imzalanıb

Ərdoğandan Rusiyaya ÇAĞIRIŞ (10 Mart 2017 18:48)
Ərdoğandan Rusiyaya ÇAĞIRIŞ (10 Mart 2017 18:37)
Ərdoğan: "Azərbaycanla Ermənistan arasında müharibə riski artıb" (10 Mart 2017 18:29)

Tarix: 15 Dekabr 2015 18:32

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini başa vurub.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İki gün ərzində Siyasi-Hərbi, Maddi-Texniki Təminat və Müdafiə Sənayesində Əməkdaşlıq üzrə yardımçı işçi qruplarında ikitərəfli əməkdaşlığın geniş spektri nəzərdən keçirilib. Qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə edilib və İclasın nəticələrini əks etdirən yekun protokol imzalanıb.
Tədbirdə Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin və Müdafiə Sənayesi Nazirliyinin, Türkiyə tərəfdən isə Baş Qərargahın və Milli Müdafiə Nazirliyinin geniş tərkibdə nümayəndə heyətləri iştirak edib.


Teqlər:  Azərbaycanla Türkiyə arasında hərbi sahədə yeni sənəd imzalanıb



RƏYLƏR


Top xəbərlər