"Bakcell" uşaq və gəncləri dəstəkləməkdə davam edir

18:33 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Ərdoğan: “Türkiyə Qətəri dəstəkləməkdə davam edəcək” (10 İyun 2017 05:53)
Ərdoğan: “Türkiyə Qətəri dəstəkləməkdə davam edəcək” (10 İyun 2017 02:19)
"Bakcell" investisiya qoyuluşuna davam edəcək (09 İyun 2017 12:22)

Bakı. Trend:

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti ölkədə təhsil və idman sahələri üzrə həyata keçirdiyi layihələr çərçivəsində uşaq və gənclərin inkişafına daim dəstək göstərməkdən qürur hissi duyur.

"Bakcell" şirkətinin həyata keçirdiyi üç layihə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində əldə olunan nailiyyətlərə görə (CSR Excellence Award) Təhsil, Korporativ Filantropiya və Dayanıqlılıq kateqoriyaları üzrə mükafatına layiq görülüb. Şirkətin Təhsil və Korporativ Filantropiya kateqoriyaları üzrə layihələri 1-ci yerlərə, Dayanıqlılıq kateqoriyası üzrə layihəsi isə 3-cü yerə layiq görülüb.

AmCham təşkilatının “CSR Excellence Award” mükafatı Azərbaycanda KSM mədəniyyətinə töhfəsini vermiş üzv şirkətlərin ötən aylar ərzində gördüyü mühüm işləri tanıtdırmaq üçün verilən əsas mükafatdır. İctimai və özəl sektorlardan olan mütəxəssislər qrupu 31 şirkətin təqdim etdiyi 55 layihəni qiymətləndirərək, bu mükafata namizəd şirkətləri seçib.

“TOPs Proqramı – müasir təhsil texnologiyalarının tətbiqi ilə şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsinin icrasına 2014-cü ilin dekabr ayından başlanılıb. Bakcell şirkəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council və “İnkişaf naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən bu layihənin məqsədi orta ümumtəhsil məktəblərində və ibtidai təhsil müəssisələrində bədən tərbiyəsi üzrə müəllimləri fəal tədris metodikası ilə dəstəkləməkdir. TOPs proqramı ilə əlaqəli keçirilmiş bir sıra təlim kurslarından 200 nəfərdən artıq bədən tərbiyəsi və ibtidai sinif müəllimi faydalanıb. Şən, təhlükəsiz və inklusiv oyunlardan ibarət TOPs proqramı və milli kurrikulumun uğurlu tətbiqi nəticəsində müxtəlif yaş qruplarına daxil olan 23000 nəfərdən artıq şagird daha maraqlı və aktiv fiziki tərbiyə dərsləri, həmçinin dərsdənkənar fəaliyyətlərdən faydalanacaq. Bu dərslər Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 34 orta ümumtəhsil, internat məktəbləri və liseylərdə keçiriləcək.

Korporativ Filantropiya nominasiyası üzrə 1-ci yerə layiq görülmüş Bakcell şirkətinin Mançester Yunayted Futbol Məktəbi (MUSS) layihəsinin həyata keçirilməsində məqsəd Azərbaycan gəncləri arasından istedadların üzə çıxarılması və gələcək futbol ulduzlarının yetişdirilməsi üçün imkan yaratmaqdır. Azərbaycanda həyata keçirilən Mançester Yunayted Futbol Məktəbi layihəsi gənc insanları, məşhur brendləri, peşəkar futbolu və möhtəşəm yerləri bir araya gətirən nadir layihədir. Dünyanın ən məşhur futbol klublarından biri olan “Mançester Yunayted” futbol klubunun tərəfdaşı olaraq, Bakcell Azərbaycan futbolunun inkişafına investisiya yatırmaqda davam edir.

"Bakcell" şirkətinin 3-cü yeri tutmuş “AppLab” layihəsinə ötən il start verilıb. Bu innovativ mobil developer layihəsi gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb. Sözügedən layihənin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirmələrinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələrini yaratmalarına kömək edən effektiv alətlərin təmin edilməsidir. “AppLab” ideyaların, mobil tətbiqetmələrin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda əcnəbinin 3 min manatını və telefonunu oğurlayan qadınlar saxlanılıb

22 İyun 2017 18:43

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı əsasında şəhidin kredit borcu ilə bağlı məsələ həll olundu

22 İyun 2017 18:43

Nazir: Dövlət büdcəsinə təkrar baxılması bank sisteminin dayanıqlığının təmin olunması zərurəti ilə əlaqədardır

22 İyun 2017 18:43

Cəbhəboyu zonada yerləşən zenit-raket və mühəndis-istehkam hərbi hissələrinin açılışı olub

22 İyun 2017 18:42

"Ailə TV"nin ofisinə basqınla bağlı RƏSMİ MƏLUMAT

22 İyun 2017 18:42

Oğlan şagirdlər məktəbdə ətək geyindi - FOTO

22 İyun 2017 18:38

İslam Mehrəliyev qazandığı avtomobili satıb? - AÇIQLAMA - FOTO

22 İyun 2017 18:37

Azərbaycanın maşınqayırma sənayesi işçilərinə fəxri ad və medal verilib - SİYAHI

22 İyun 2017 18:36

Təlimlərin döyüş atışı mərhələsi

22 İyun 2017 18:35

ADGTT-nın 89-cu mövsümü "Çipollino" və "Yarımçıq qalmış"la yekunlaşacaq - FOTO

22 İyun 2017 18:32

İran məsələsi: yenidən geosiyasi proseslərin ön sıralarında

22 İyun 2017 18:32

Parlament tarixində İLK: deputat uşağını əmizdirərək ÇIXIŞ ETDİ - FOTO/VİDEO

22 İyun 2017 18:28

"Accessbank" yeni kampaniyaya başlayıb

22 İyun 2017 18:27

“Çipollino” və “Yarımçıq qalmış”la yekunlaşacaq...

22 İyun 2017 18:25

“Real Madrid” Kilian Mbappe və Canluci Donnarumma ilkin razılığa gəlib

22 İyun 2017 18:22

Elməddin əməliyyat olunub - FOTO

22 İyun 2017 18:22

Avropa çempionumuz açıq dərs keçəcək

22 İyun 2017 18:19

Trampın Rusiya ilə əlaqələri barədə yeni detallar ORTAYA ÇIXDI

22 İyun 2017 18:18

Azərbaycan Prezidenti Lüksemburqun Böyük Hersoqunu təbrik edib

22 İyun 2017 18:15

Sabaha olan məzənnə

22 İyun 2017 18:14

İki azyaşlı uşağın nəhəng ilanla QORXULU OYUNU - VİDEO

22 İyun 2017 18:13

34 min manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı

22 İyun 2017 18:12

“Asstra” holdinqi Şərq ölkələrinin logistika sahəsinə İsveçrə dəqiqliyi gətirir

22 İyun 2017 18:08

Yeni il tətilinin ləğvi təklif edilir

22 İyun 2017 18:08

Türkiyə hərbçiləri Qətərə çatdı

22 İyun 2017 18:05

Azərbaycanda 102 min nəfər uşağa görə sosial müvainət alır

22 İyun 2017 18:03

Türkiyənin qızıl-valyuta ehtiyatları 2,3 mlrd. dollar artıb

22 İyun 2017 18:02

Hansı halda Bank avtomobili əlinizdən ala bilər?

22 İyun 2017 18:01

"Qaşını alan, dodağına silkon taxan kişi..."

22 İyun 2017 17:59

Azərbaycan Beynəlxalq Bankı Ramazan bayramı ərəfəsində hədiyyəli kampaniya keçirir

22 İyun 2017 17:57

Jurnalist olmaqdan öncə əsl vətəndaş olmaq lazımdır

22 İyun 2017 17:52

Vəzifəyə təyin olunan məşhur: “Bu, yaradıcılığıma mane olmayacaq”

22 İyun 2017 17:48

Millimizin forması Ronalduda - FOTO

22 İyun 2017 17:47

"Bu ölkələrdən gətirilən dərmanlarda problem var"

22 İyun 2017 17:47

Kişilərin bəyəndiyi qadın tipi

22 İyun 2017 17:44

Nazirdən həkimlərlə bağlı TAPŞIRIQ

22 İyun 2017 17:43

İraq vətəndaşları Bakı-Quba yolunda qəzaya düşdülər - VİDEO - FOTO

22 İyun 2017 17:42

Təhsil Nazirliyindən "plagiat dərslik" iddiasına cavab: "Ehtirasları kənara qoyun"

22 İyun 2017 17:39

Yunanıstanda üsyan başladı - FOTOLAR

22 İyun 2017 17:38

“İnter”in rəqibi "Partizan"a qalib gəldi

22 İyun 2017 17:37

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

22 İyun 2017 17:37

2 kq-dan çox qızıl külçələri Azərbaycandan çıxarmağa cəhd edən dəstə üzvlərinin məhkəməsi başladı

22 İyun 2017 17:36

“Microsoft Office” proqramlar paketində mətnin səslə yığımı üçün “Dictate” genişlənməsi təqdim edilib

22 İyun 2017 17:35

Sidikdən enerji əldə ediləcək

22 İyun 2017 17:34

Qvatemalada 6,8 bal gücündə zəlzələ olub

22 İyun 2017 17:32

Azərbaycanlı aparıcı çimərlikdə əsəbiləşdi - 2 oğlanı hovuza yıxdı - VİDEO - FOTO

22 İyun 2017 17:32

2017-ci il dövlət büdcəsinə niyə yenidən baxıldı? - SƏBƏB

22 İyun 2017 17:29

Dolların sabaha olan MƏZƏNNƏSİ

22 İyun 2017 17:28

Əli Kərimlinin köməkçisinin məhkəməsinə şahidlərin məcburi gətirilməsi barədə qərar çıxarılıb

22 İyun 2017 17:27

Səhiyyə naziri tapşırıqlar verdi

22 İyun 2017 17:25