Azərbaycan əhalisinin sayı artıb

Azərbaycan əhalisinin sayı artıb
18:33 15 Dekabr 2015
49 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan əhalisinin sayı artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ilin əvvəlindən əhalinin sayı 94,3 min nəfər və ya 1 faiz artaraq, bu il noyabrın 1-i vəziyyətinə 9687,3 min nəfərə çatıb.

Ölkədə bir kv.km-ə 112 nəfər düşür.

Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kəndlərdə məskunlaşıb.

Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2469914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR