İlham Əliyev: Azərbaycan-Qazaxıstan münasibətləri hərtərəfli və dinamik inkişaf yolundadır

İlham Əliyev: Azərbaycan-Qazaxıstan münasibətləri hərtərəfli və dinamik inkişaf yolundadır
18:38 15 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün dərin tarixi kökləri olan Azərbaycan-Qazaxıstan münasibətləri hərtərəfli və dinamik inkişaf yolundadır. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, çoxşaxəli əməkdaşlığımız və fəaliyyətimiz ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir.

Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz ortaq mənəvi dəyərlərə və ənənələrə malik xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2469920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR