AFFA Məşqçilər Komitəsi ilə müqavilə müddətini artırdı

AFFA Məşqçilər Komitəsi ilə müqavilə müddətini artırdı
18:42 15 Dekabr 2015
13 İdman
Ölkə mətbuatı
A- A+

AFFA ilə Məşqçilər Komitəsi arasındakı müqavilə müddəti artırılıb. Bu barədə "Report"a komitə sədri Vaqif Sadıqov məlumat verib.

O bildirib ki, dekabradək olan anlaşma müddəti daha bir il artırılıb. V.Sadıqovun sözlərinə görə, ilin sonunadək üzvlərlə rəhbərlik arasında görüş olacaq: "Rəhbərliklə görüşdən sonra Komitənin 5-ci üzvünü də müzakirə edəcəyik. Siyahıda bir neçə namizədin adı olacaq. İnanıram ki, yeni ildən tam heyətlə - "beş ulduz"la fəaliyyət göstərəcəyik".

Sədr rəhbərlik etdiyi Komitənin qış fasiləsində görəcəyi işlərdən də danışıb. V.Sadıqov qeyd edib ki, rəhbərliklə görüşdə gələn ilin planı təqdim olunacaq. Üstəlik, üzvlər klubların qış toplanışını, 17 yaşadək futbolçulardan ibarət milli komandanın Sankt-Peterburqda keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirini və ölkə xaricinə çıxmayacaq klubların toplanışlarını izləyəcəklər.  

Qeyd edək ki, hazırda AFFA Məşqçilər Komitəsində Vaqif Sadıqovdan başqa, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Şakir Qəribov yer alıb. 

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-mqcilr-komitsi-il-muqavil-muddtini-artrd-t46164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR