AVRO-2016-nın hakimləri açıqlandı

18:44 15 Dekabr 2015
11 İdman
Ölkə mətbuatı
A- A+

AVRO-2016-nın final mərhələsində oyunları idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, qitə futbol qurumu 18 referiyə təyinat göndərib.

 

Hələlik yalnız baş hakimlərin adları bəlli olub. Fransada təşkil ediləcək qitə birinciliyinə yollanacaq bütün hakim briqadaları gələn ilin fevral ayında açıqlanacaq.

 

AVRO-2016-da oyun idarə edəcək hakimlər bunlardı: Martin Atkinson, Mark Klattenburq (hər ikisi İngiltərə), Feliks Brix (Almaniya), Cüneyt Çakır (Türkiyə), Uilyam Kollum (Şotlandiya), Yonas Eriksson (İsveç), Ovidiu Hateqan (Rumıniya), Sergey Karaşev (Rusiya), Viktor Kaşşai (Macarıstan), Pavel Kraloveç (Çexiya), Byörn Kuypers (Hollandiya), Şimon Marçiniak (Polşa), Milorad Maziç (Serbiya), Svein Moen (Norveç), Nikola Ritsoli (İtaliya) Damir Skomina (Sloveniya), Klemen Turpin (Fransa), Karlos Velasko Karbalyo (İspaniya).

 

Qeyd edək ki, iyunun 10-dan iyulun 10-na qədər keçiriləcək Avropa çempionatında 51 oyun baş tutacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225325

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR