Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dekabrın 16-da Bakının və bəzi rayonların təbii qaz təchizatı məhdudlaşdırılacaq

Dekabrın 16-da Bakının və bəzi rayonların təbii qaz təchizatı məhdudlaşdırılacaq

Date: 15 December 2015 18:48


Bakı, 15 dekabr, AZƏRTAC 
Dekabrın 16-da saat 10-dan 18-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “28 May”, “Zirə-3” və “Şimal DRES”, Qazax magistral qaz kəmərləri sahəsinin “Alabaşlı” və “Bağmanlar”, Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı” və “Xarxatan” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Şəmkirin Könüllü, Gəncənin Bağbanlar, Göygölün Nadel, Samuxun Alabaşlı, Masallının Təzə Alvadı və Köhnə Alvadı, Lənkəranın Xarxatan, Liman, Separadi, Boladi, Şirin su, Nərimanabad və Balıqçılar kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılan işlərin Bakının Xəzər rayonunun Zirə, Mərdəkan, Sahil və Şüvəlan qəsəbələrinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

Tags:  Dekabrın 16-da Bakının bəzi rayonların təbii qaz təchizatı məhdudlaşdırılacaq


RƏYLƏR


Top news