Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan və Türkiyə arasında hərbi sahədə sənəd imzalandı (FOTO)

Azərbaycan və Türkiyə arasında hərbi sahədə sənəd imzalandı (FOTO)

Date: 15 December 2015 18:48

Bakı. Trend:

Dekabrın 15-də Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini başa vurub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iki gün ərzində Siyasi-Hərbi, Maddi-Texniki Təminat və Müdafiə Sənayesində Əməkdaşlıq üzrə yardımçı işçi qruplarında ikitərəfli əməkdaşlığın geniş spektri nəzərdən keçirilib. Qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə edilib və iclasın nəticələrini əks etdirən yekun protokol imzalanıb.

Tədbirdə Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin və Müdafiə Sənayesi Nazirliyinin, Türkiyə tərəfdən isə Baş Qərargahın və Milli Müdafiə Nazirliyinin geniş tərkibdə nümayəndə heyətləri iştirak ediblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycan Türkiyə arasında hərbi sahədə sənəd imzalandı FOTO

RƏYLƏR


Top news