İlham Əliyev Nazarbayevi təbrik edib

İlham Əliyev Nazarbayevi təbrik edib
18:49 15 Dekabr 2015
13 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının prezidenti  Nursultan Nazarbayevə Qazaxıstanın milli bayramı – Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib.

 

Lent.az-ın prezident.az-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:

Hörmətli Nursultan Abişeviç,

Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün dərin tarixi kökləri olan Azərbaycan-Qazaxıstan münasibətləri hərtərəfli və dinamik inkişaf yolundadır. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, çoxşaxəli əməkdaşlığımız və fəaliyyətimiz ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. 

Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz ortaq mənəvi dəyərlərə və ənənələrə malik xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225321

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR