Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şəki və Balakən voleybolçuları respublika birinciliyinin final mərhələsinə yüksəliblər

Şəki və Balakən voleybolçuları respublika birinciliyinin final mərhələsinə yüksəliblər

Date: 15 December 2015 18:53


Şəki, 15 dekabr, AZƏRTAC
Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Şəkidə keçirilən 2000-2001-ci il təvəllüdlü oğlanlardan ibarət komandalar arasında voleybol üzrə respublika birinciliyinin zona mərhələsinin yarışları Şəki komandasının qələbəsi ilə başa çatıb. Meydan sahibləri final oyununda Balakən komandasına qalib gəlib. Mingəçevir komandası yarışları üçüncü pillədə başa vurub.
Bu barədə AZƏRTAC-a Şəki Uşaq-Gənclər İdman Məktəbinin direktoru Hətəm Vəliyev məlumat verib.
Qoxmuq kənd tam orta məktəbin idman zalında keçirilən yarışlarda 6 komanda mübarizə aparıb. Əsasnaməyə görə, ilk iki yeri tutan Şəki və Balakən komandaları respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.
Birinciliyin qalibləri “Təhsil” Respublika İdman Mərkəzinin kubok və diplomları ilə mükafatlandırılıblar.




Tags:  Şəki Balakən voleybolçuları respublika birinciliyinin final mərhələsinə yüksəliblər



RƏYLƏR


Top news