Azərbaycan Prezidenti Qazaxıstanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Qazaxıstanın dövlət başçısını təbrik edib
19:07 15 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli Nursultan Abişeviç,
Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu gün dərin tarixi kökləri olan Azərbaycan-Qazaxıstan münasibətləri hərtərəfli və dinamik inkişaf yolundadır. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, çoxşaxəli əməkdaşlığımız və fəaliyyətimiz ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir.
Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz ortaq mənəvi dəyərlərə və ənənələrə malik xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycan-prezidenti-qazaxistanin-dovlet-bascisini-tebrik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR