"İlk təbriki 83 yaşlı anamdan aldım"

"İlk təbriki 83 yaşlı anamdan aldım"
19:11 15 Dekabr 2015
44 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ən tanınmış televiziya işçisi, uzun müddət “Space” telekanalına rəhbərlik edən və hazırda ATV-nin vitse-prezidenti Etibar Babayevin 65 yaşı tamam olur.
 
Axşam.az-ın məlumatına görə, o, yubiley təəssüratlarını modern.az saytı ilə bölüşüb:

“Allaha şükür, 65 yaşa çatmışam. Şükür edirəm ki, Allah mənə bir bacarıq, istedad verib. Elə bir qabiliyyət verib ki, hər zaman işləməkdən zövq almışam. Cavan yaşlarımdan harada işləmişəmsə, məsuliyyətimlə fərqlənmişəm. Müəyyən fəaliyyətim cəmiyyətdə diqqət çəkib, yüksək qiymətləndirilib. Buna görə Tanrıya, taleyimə minnətdaram. Ailəm, nəvələrim var, bunlarım hamısı insan üçün sevincdir, səadətdir. Bakı Slavyan Universitetində dərs deyirəm. Ətrafımda tələbələr və yaxın insanlar var. Elə insanlar var ki, onlarla 40 ildir dostluq edirəm. Bu, öyünməli bir faktdır. Bu gün 40 yumurta yeyəni nadir hadisə kimi Ginnesin Rekordlar Kitabına. 40 illik dostluq da mənim üçün öyünməli bir hadisədir. Keçmişimi xoş duyğularla xatırlayıram. Bu günümlə də şükür edirəm. Gələcəyi də düşünüb faydalı işlər görməyə çalışıram”.

Etibar Babayev onun üçün çox orijinal və dəyərli olan təbriklərdən də danışıb. Anası və nəvələrinin təbrikini başqa təbriklərdən fərqləndirir:
 
“Anamın təbriki mənim üçün xüsusi oldu. Səhər açılanda məni təbrik etdi. Anamın 83 yaşı var. Allah onu mənə çox görməsin. Bir də nəvələrimin təbrikini qeyd etmək istərdim. Balacası iki yaş yarımlıqdır. Böyük nəvəmin isə 18 yaşı var. Bakı Dövlət Universitetində oxuyur. Amma qeyd edim ki, hər bir təbrik mənim üçün dəyərlidir, əzizdir. Hər bir Təbrik edən hər kəsə, o cümlədən sizə də çox təşəkkür edirəm”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42559

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR