Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan və Türkiyə arasında hərbi sahədə sənəd imzalandı - FOTO

Azərbaycan və Türkiyə arasında hərbi sahədə sənəd imzalandı - FOTO

Ərdoğandan Rusiyaya ÇAĞIRIŞ (10 Mart 2017 18:48)
Ərdoğandan Rusiyaya ÇAĞIRIŞ (10 Mart 2017 18:37)
Ərdoğandan Rusiyaya çağırış (10 Mart 2017 18:12)

Tarix: 15 Dekabr 2015 19:12

Dekabrın 15-də Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini başa vurub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iki gün ərzində Siyasi-Hərbi, Maddi-Texniki Təminat və Müdafiə Sənayesində Əməkdaşlıq üzrə yardımçı işçi qruplarında ikitərəfli əməkdaşlığın geniş spektri nəzərdən keçirilib. Qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə edilib və iclasın nəticələrini əks etdirən yekun protokol imzalanıb.

Tədbirdə Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin və Müdafiə Sənayesi Nazirliyinin, Türkiyə tərəfdən isə Baş Qərargahın və Milli Müdafiə Nazirliyinin geniş tərkibdə nümayəndə heyətləri iştirak ediblər.

Milli.Az




Teqlər:  Azərbaycan Türkiyə arasında hərbi sahədə sənəd imzalandı FOTO



RƏYLƏR


Top xəbərlər