Türkiyədə terrorçular 2 polis öldürdülər

Türkiyədə terrorçular 2 polis öldürdülər
19:12 15 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün günorta saatlarında Türkiyənin Diyarbəkir vilayətinin Silvan rayonu ərazisində PKK terrorçuları polisə hücum edib.
 
APA-nın "Milliyet"ə istinadən verdiyi xəbərə görə, hadisə Diyarbəkir-Silvan magistralında baş verib. PKK terrorçuları tərəfindən yola yerləşdirilən partlayıcı maddə zirehli polis maşını keçən zaman uzaqdan idarə olunan pultla işə salınıb.

Nəticədə maşında olan 5 polis əməkdaşı yaralanıb. Həkimlərin səylərinə baxmayaraq, yaralılardan ikisi dünyasını dəyişib. Digər 3 yaralının müalicəsi davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR