Azərbaycan-Türkiyə 8-ci yüksək səviyyəli hərbi dialoq iclası başa çatıb

Azərbaycan-Türkiyə 8-ci yüksək səviyyəli hərbi dialoq iclası başa çatıb
19:13 15 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Dekabr 15-də Azərbaycan-Türkiyə 8-ci yüksək səviyyəli hərbi dialoq iclası işini başa çatdırıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iki gün ərzində siyasi-hərbi, maddi-texniki təminat və müdafiə sənayesində əməkdaşlıq üzrə yardımçı işçi qruplarında ikitərəfli əlaqələrin geniş spektri nəzərdən keçirilib. Qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə olunub və iclasın nəticələrini əks etdirən yekun Protokol imzalanıb.
Tədbirdə Azərbaycan tərəfdən Müdafiə və Müdafiə Sənayesi nazirliklərinin, Türkiyə tərəfdən isə Baş Qərargahın və Milli Müdafiə Nazirliyinin geniş tərkibdə nümayəndə heyətləri iştirak edib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Turkiye_8_ci_yuksek_seviyyeli_herbi_dialoq_iclasi_basa_chatib-911515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR