Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səfər Əbiyev Əfqanıstan XİN başçısı ilə görüşüb

Səfər Əbiyev Əfqanıstan XİN başçısı ilə görüşüb

Date: 15 December 2015 19:14

Bu gün müdafiə naziri general-polkovnik Səfər Əbiyev Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Rangin Dartfar Spanta ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, görüşdə Azərbaycan və Əfqanıstan arasında əməkdaşlığın vəziyyəti və onun daha da inkişaf etdirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb.

S. Əbiyev Azərbaycan prezidenti İlham Əliyevin Əfqanıstanla əlaqələrə böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Görüş zamanı nazirlər Əfqanıstanda xidmət göstərən Azərbaycan sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndiriblər. S. Əbiyev yaxın günlərdə yeni hərbi kontingentin Əfqanıstana yola düşəcəyini bildirib.


Tags:  Səfər Əbiyev Əfqanıstan XİN başçısı görüşüb


RƏYLƏR


Top news