Sosial sığorta ödəmələri 96 milyon manat azalıb

Sosial sığorta ödəmələri 96 milyon manat azalıb
19:14 15 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Buna səbəb məcburi sığorta ödənişlərindən yayınma hallarının artmasıdır

Qlobal maliyyə böhranı ilə bağlı çətinliklər Azərbaycanda pensiyaların ödənilməsində heç bir problem yaratmayacaq. Ancaq əməkhaqlarını leqallaşdırmayan işçilərin gələcək pensiya təminatında ciddi problemlərin olacağı qaçılmazdır.

Dövlət Sosial Müdafiə Fondundan Lent.az-a bildiriblər ki, 2008-ci ildə quruma daxil olan məcburi sosial sığorta ödəmələrinin məbləği 96 milyon manat azalıb. Buna səbəb isə son vaxtlar məcburi sığorta ödənişlərindən yayınma hallarının çoxalmasıdır.

Fondda bildirirlər ki, problemin aradan qaldırılması üçün yeni mexanizmlər hazırlanmalıdır. Xatırladaq ki, gələn ildən pensiya və müavinətlərin verilməsində bir sıra yeniliklər tətbiq olunacaq. Belə ki, yanvar ayından ölkədə pensiya sistemi tam şəkildə avtomatlaşdırılacaq. Yəni əhali heç bir sənəd toplamadan, internet vasitəsilə öz müavinətinin məbləğini hesablaya biləcək.

Bundan başqa, gələn il yanvarın 1-dən 1947-ci ildən olan kişilər və 1952-ci ildə doğulmuş qadınlar pensiya hüququna malik olacaqlar. Müavinətləri, əsasən, vətəndaşın iş stajı müəyyən edəcək.

Elxan SALAHOV


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/14070

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR