Gəncədə daha bir ev sobadan alışıb

Gəncədə daha bir ev sobadan alışıb
19:14 15 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Bu, son 3 gündə üçüncü belə hadisədir

Gəncədə soba borusunun düzgün quraşdırılmaması daha bir evdə yanğına səbəb olub. Bu, son 3 gündə üçüncü belə hadisədir.

Gəncə Dövlət Yanğından Mühafizə İdarəsindən Lent.az-a verilən məlumata görə, ötən gecə saat 5 radələrində Puşkin küçəsi, 57 ünvanda yerləşən, ümumi sahəsi 600 kv metr olan evdə soba borusunun düzgün quraşdırılmaması nəticəsində yanğın baş verib. Nəticədə 1979-cu il təvəllüdlü Gəncə şəhər sakini Seyidov Nürəddin Varaz oğluna məxsus evin tavan və çardaq hissəsi yararsız hala düşüb.

Xəsarət alan yoxdur.

Vüsalə Cənnətova


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/14068

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR