Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​"Günəşli" yatağındakı neft quyusunda yanğın söndürülüb

Date: 15 December 2015 19:17

"Report"un məlumatına görə, özüldə hadisə baş verdiyi vaxtdan indiyədək yanğın 2 qaz və 1 neft quyusunda davam edib. Lakin görülən tədbirlər nəticəsində neft quyusunda yanğın söndürülüb. Bununla da, quyudan dənizə neftin dağılması təhlükəsinin qarşısı tamamilə alınıb.
Qeyd edək ki, hazırda hadisə yerində aparılan yanğınsöndürmə tədbirləri davam etdirilir.
Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. 

Tags:  Günəşli yatağındakı neft quyusunda yanğın söndürülüb

RƏYLƏR


Top news