İran “Şahdəniz” layihəsindəki 10 faizlik səhmini artıra bilər

İran “Şahdəniz” layihəsindəki 10 faizlik səhmini artıra bilər
19:18 15 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, Nihad Budaqov, AZƏRTAC 
İran digər ölkələrlə birgə səhmə sahibi olduğu neft və qaz yataqlarındakı payını artırmaq niyyətindədir. Həmin yataqlar arasında Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz yatağı da var.
AZƏRTAC İRNA agentliyinə istinadla xəbər verir ki, bu sözləri İranın Neft Nazirliyinin beynəlxalq məsələlər üzrə direktoru Amir Hüseyn Zamaninia deyib. O bildirib ki, digər ölkələrdə neft və qaz yataqlarında İranın payının artırılması üçün işlər müəyyən plan üzrə davam etdirilir. Lakin hələ ki, yekun qərar qəbul edilməyib. Azərbaycanın “Şahdəniz” qaz yatağında İranının payının artırılması məsələsinə də münasibət bildirən A.Zamaninia deyib: “Şahdəniz” yatağı da həmin yataqlardan biri ola bilər. Lakin bununla bağlı hələ ki heç bir qərar qəbul olunmayıb.
Qeyd edək ki, İranın NICO şirkəti (National Iranian Oil Company) “Şahdəniz” layihəsində 10 faizlik səhmə sahibdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iran_Sahdeniz_layihesindeki_10_faizlik_sehmini_artira_biler-911521

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR