Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda e-ticarətin həcmi 11 milyon dollara çatıb

Azərbaycanda e-ticarətin həcmi 11 milyon dollara çatıb

Bu il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 73 milyon dollar təşkil edib (14 Mart 2017 18:12)
Azərbaycanın Ukrayna iqtisadiyyatına qoyduğu sərmayə 200 milyon dolları ötüb (14 Mart 2017 17:07)
Türkiyədən İran və Rusiyaya zərbə: Qardaş ölkə əlini Azərbaycana uzatdı (27 Fevral 2017 13:23)

Tarix: 15 Dekabr 2015 19:23

Bakı. Hüseyn Vəliyev - Trend:

2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçılara 22,4 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz çox məhsul satılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 9,6 faiz artaraq 11 185,2 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 13,5 faiz artaraq 11249,4 milyon manata bərabər olub.

Cari ilin on bir ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,0 dəfə artaraq 11,5 milyon manat təşkil edib. Elektron ticarət vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,6 faizi hüquqi şəxslərdən, 8,4 faizi isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,2 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.

2015-ci ilin yanvar-noyabr aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz artaraq 950,7 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 416,2 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 534,5 milyon manat təşkil edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Azərbaycanda e-ticarətin həcmi 11 milyon dollara çatıb



RƏYLƏR


Top xəbərlər