Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Velosipedlə dünya səyahətinə çıxan ingiltərəli turist cənub bölgəsində

Velosipedlə dünya səyahətinə çıxan ingiltərəli turist cənub bölgəsində

Date: 15 December 2015 19:23


Cəlilabad, 15 dekabr, Bağır Əliyev, AZƏRTAC
Velosipedlə dünya səyahətinə çıxan ingiltərəli turist Hüqo Fitspatrik ölkəmizin cənub bölgəsində olub.
AZƏRTAC xəbər verir ki, səyahətinə İrlandiyanın Dublin şəhərindən başlayan H.Fitspatrik bu günə kimi 12 ölkənin ərazisindən keçib. 15 gündür Azərbaycanda olan ingiltərəli səyyah bu müddət ərzində milli yeməklərimizdən dadmaqla yanaşı, insanlarla da yaxından ünsiyyətdə olub.
Yeli sakinlərin qonaqpərvərliyindən razılığını bildirən H.Fitspatrik deyib: “Azərbaycanın hər yerində insanlar məni çox səmimi qarşılayır, yemək, çay təklif edirlər. Qonaqpərvərliyinizə heyran qalmışam”.
Hüqo Fitspatrik gecələri otellərdə deyil, çadırda qalmağa üstünlük verir. O, bu yolla pula qənaət etdiyini bildirib.
Qeyd edək ki, ingiltərəli turist hər gün 90-100 kilometr yol qət edir. O, dünya səyahətini Nepalda başa vurmaq niyyətindədir.

Tags:  Velosipedlə dünya səyahətinə çıxan ingiltərəli turist cənub bölgəsində


RƏYLƏR


Top news