11 ay ərzində Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 6,5 milyard manat daxil olub

19:28 15 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC 
Cari ilin 11 ayı ərzində Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 6,5 milyard manat daxil olub. Bununla da proqnoz tapşırıqları tam icra edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə vergilər nazirinin 1-ci müavini Natiq Əmirov Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı keçirilmiş mətbuat konfransında deyib.
O, qeyd edib ki, hesabat dövründə daxilolmalarda qeyri-neft sektorunun payı 70 faiz, neft sektorunun payı isə 30 faiz olub.
N.Əmirov vurğulayıb ki, bu göstəricilər Azərbaycanın qeyri–neft sahəsinin inkişafı və ondan dövlət büdcəsinə daxil olan vergilərin ilbəil artdığının bariz nümunəsidir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/11_ay_erzinde_Vergiler_Nazirliyi_terefinden_dovlet_budcesine_65_milyard_manat_daxil_olub-911527

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR