Misirin Azərbaycandakı səfiri 5 saylı Uşaq İncəsənət Məktəbində olub

19:33 15 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+



Bakı, 15 dekabr, AZƏRTAC
Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh və Misir Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami Elaydi dekabrın 15-də Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən 5 saylı Uşaq İncəsənət Məktəbində olublar.
Məktəbin direktoru Emin Nağıyev qonaqlara təhsil müəssisəsi haqqında məlumat verib.
Səfir çıxış edərək uşaqlara xoş arzularını çatdırıb. O, məktəbə hədiyyə təqdim edib.
Uşaqların əl işləri ilə tanışlıqdan sonra məktəbin zalında müəllim və şagirdlərin hazırladıqları musiqi nümunələri nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Misirin_Azerbaycandaki_sefiri_5_sayli_Usaq_Incesenet_Mektebinde_olub-911530

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR