"Azərbaycan: marionetka statusu istisna edilir" - Akademik Ramiz Mehdiyevin yeni kitabından

"Azərbaycan: marionetka statusu istisna edilir" - Akademik Ramiz Mehdiyevin yeni kitabından
19:47 15 Dekabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Ramiz Mehdiyev sərəncam verdi (12 Aprel 2017 12:28)
Ramiz Mehdiyevin kitabı müzakirə olunur (07 Aprel 2017 12:12)
Akademik Ramiz Mehdiyevin "Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası" kitabı Moskvada nəşr edilib (29 Mart 2017 19:05)

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin "Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti. Dünya nizamından "nizamsızlığa" doğru" kitabı çapdan çıxıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Akademik Ramiz Mehdiyev bu kitabda müasir dünyada siyasi böhranın səbəblərini hərtərəfli təhlil edərək göstərib ki, Avropanın müxtəlif strukturlarının və təşkilatlarının mürəkkəb məsələlərə dair qərarlar qəbul etmək hüququnu inhisarlaşdırmağa, suveren dövlətlərin daxili işlərinə qarışmağa yönəlmiş siyasəti, insan haqları məsələsindən təzyiq vasitəsi kimi istifadə edilməsi, həmçinin deklarasiya olunmuş dəyərlərdən tədricən imtina edilməsi dünya nizamının pozulmasına gətirib çıxarıb.

Kitabda deyilir: "İkili standartlar siyasətinin hər yerdə tətbiq edilməsi, "soyuq müharibə" dövrünün blok təfəkkürünə qayıdış və bunun təsiri altında Qərbin Şərq qütbü boyunca hərbi-siyasi təsirinin yayılması onunla nəticələnib ki, bəzən Şərqi Avropanın və postsovet məkanının kiçik dövlətləri bu eskalasiyanın qurbanlarına çevrilir".

Əsərdə mötəbər nümunələrə istinad edilərək Avropa strukturlarının deqradasiyasının mənbələri barədə söhbət açılır, sübut edilir ki, Azərbaycan suveren və balanslaşdırılmış xarici siyasət yürüdür. Bunun nəticəsində ölkəmiz davamlı şəkildə inkişaf edir, sanballı iqtisadi uğurlar qazanır və məhz bu uğurlar Qərbin bəzi dairələrini qıcıqlandırır. Müəllif qeyd edir ki, öz geosiyasi istəklərini reallaşdırmaq xatirinə "ölkəmizi qeyri-sabit, pərakəndə və alovlanan bir məkan kimi görməyi arzu edən" Qərb Azərbaycanın təklif etdiyi dialoq və qurucu fəaliyyət yoluna qədəm qoymaq əvəzinə, tam qarşıdurmaya hazırdır. Qarşıdurma oxu üzərində olan dövlətlərin əksəriyyəti bu baxışın tərəfdarıdır.

"Zamanın imtahanından kəsilmiş Birləşmiş Avropa" adlı birinci fəsildə müəllif "Avropa Birləşmiş Ştatları: "böyük dövlət", yoxsa fraqmentlərə bölünmüş regional oyunçu?" sualına ətraflı cavab verərək bu qənaətə gəlir ki, Avropa qeyri-müəyyən siyasi obyektdir. "Son illər yaranmış maliyyə böhranı və miqrasiya problemi göstərir ki, əgər yeni çıxış yolları tapılmasa, onda avropalılar tərəfindən uzun illər boyu həyata keçirilən inteqrasiya arzuları qısa müddətdə şovinizmin və ksenofobiyanın artması nəticəsində məhv ola bilər", - deyən müəllif daha sonra xatırladır ki, böyük dövlət dedikdə beynəlxalq münasibətlərə qlobal səviyyədə təsir göstərən dövlət nəzərdə tutulur. Avropa İttifaqında isə hər şey tam əksinədir: İttifaqın genişlənməsi onun ayrı-ayrı iştirakçılarının milli qüdrətini zəiflədir. Üstəlik də Avropa dəyərlərinin böhranı nəticəsində yaranmış islamofobiya, ksenofobiya, miqrasiya fəlakəti.

İkinci fəsil Avropa İttifaqının postsovet məkanında ikili standartlar siyasətinə, Şərq tərəfdaşlığının konfliktogen layihəyə çevrilməsi məsələsinə həsr edilib. Özü də bunlar Avropa İttifaqının özünün səyi ilə baş verir. Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə nümayişkaranə şəkildə qoşulmur, bəzi hallarda isə hətta danışıqlar prosesinə ziyan vurur. Avropa Parlamentinin fəaliyyəti nümunəsində sübut edilir ki, bu struktur Avropa İttifaqının antiazərbaycan siyasətinin əsas ruporudur.

"Azərbaycanın "ağıllı qüvvəsi" məxsusi inkişaf yolu kimi" adlı üçüncü fəsil ictimai diplomatiyadan bacarıqla istifadə edilməsi, hərbi qüvvə ilə yanaşı, səmərəli iqtisadi üsullar əsasında ölkənin inkişafı məsələlərinə həsr edilib. "Eurovision"dan başlamış Avropa Oyunlarına qədər qeyri-siyasi məsələlərin Qərb tərəfindən siyasiləşdirilməsi, Azərbaycanda bəzi QHT-lərin və fondların dövlətə aşkar ifadə olunmuş zidd xarakteri belə fikir yaradır ki, onlar ölkəmizdə etiraz hərəkatının öz məqsədləri naminə sınaqdan keçirilməsi üçün müəyyən metodlar tətbiq etməyə çalışırlar.

Kitabda Avropa İttifaqı ilə Azərbaycanın energetika sahəsində münasibətləri də təhlil edilir. Akademik Ramiz Mehdiyev yazır: "Azərbaycan Qərb üçün mühüm tərəfdaş olub və tərəfdaş olaraq qalır. Biz qarşılıqlı münasibətlərdə yalnız bərabər ola bilərik. Marionetka statusu istisna edilir".

Azərbaycan və rus dillərində nəfis şəkildə tərtib edilmiş kitab "Şərq-Qərb" nəşriyyat evinin mətbəəsində çap olunub.   

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

“Qaziantepspor”un futbolçusu intihar etdi

23 Aprel 2017 23:49

Yaşlandıqca uşaqlaşır, öldüyünə inanır

23 Aprel 2017 23:44

İŞİD-dən gözlənilməz hücum: 10 hərbçi həlak oldu

23 Aprel 2017 23:43

İkardi Vierinin 16 illik nəticəsini təkrarladı

23 Aprel 2017 23:42

Sakit okeanda ABŞ-Yaponiya birgə hərbi təlimləri başladı

23 Aprel 2017 23:28

Xəsarətlə nəticələnən yol qəzası baş verib

23 Aprel 2017 23:27

Avtomobil 60 yaşlı qadını vurdu - Biləsuvarda

23 Aprel 2017 23:24

İlk görüşdə seks faydalıdır

23 Aprel 2017 23:23

İŞİD silahlıları İraqda hərbi nəqliyyata hücum ediblər: 10 ölü, 20 yaralı

23 Aprel 2017 23:17

"Qarabağ" kuboku aldı

23 Aprel 2017 23:13

Ərinin 18 il əvvəlki fotosunu paylaşdı

23 Aprel 2017 23:12

İnsanları anında tanıyın

23 Aprel 2017 23:10

Adriana Lima yenə libası ilə diqqət çəkdi - FOTO

23 Aprel 2017 23:05

Ev əşyaları ilə birgə yandı

23 Aprel 2017 23:00

Fransada prezident seçkilərinin ilkin nəticələri açıqlandı

23 Aprel 2017 22:58

Gürcüstanda ağır qəza: 6 ölü, 1 yaralı

23 Aprel 2017 22:54

Hərbçilərin qisası PKK-dan alındı

23 Aprel 2017 22:53

Parisin mərkəzində etiraz aksiyası başlayıb

23 Aprel 2017 22:47

Qüdrət Həsənquliyev: “Son vaxtlar Konstitusiyaya zidd qanunlar qəbul edirik”

23 Aprel 2017 22:43

Fransa DİN-i Le Peni prezident seçkilərinin favoriti adlandırıb

23 Aprel 2017 22:42

Dünyanın ən gözəl qadını kimdir?

23 Aprel 2017 22:41

"Azərbaycan-Türkiyə-Rusiya formatı çərçivəsində əməkdaşlıq regionda sabitliyi möhkəmləndirəcək"

23 Aprel 2017 22:37

Serialın baş qəhrəmanını bir də belə görün - FOTO

23 Aprel 2017 22:32

"Fənərbaxça" "Qalatasaray"ı belə məğlub etdi

23 Aprel 2017 22:29

Partlayışda ölən ATƏT əməkdaşının adı açıqlandı

23 Aprel 2017 22:28

Statistika Komitəsi həyəcan təbili çaldı: QIZLARI ÖLDÜRÜRLƏR

23 Aprel 2017 22:18

Bakı-2017: "Xəzərdən başlayan səyahət" Mingəçevirə yetişib - FOTO

23 Aprel 2017 22:17

Azərbaycan yığmasının futbolçusu Slovakiya çempionu olub

23 Aprel 2017 22:12

Sizə sevgili lazımdır?

23 Aprel 2017 22:11

Azərbaycanın 4 əsas iqtisadi rayonu açıqlandı

23 Aprel 2017 22:08

Bakıda avtomobil təmiri sexində yanğın olub, 1 maşın yanıb

23 Aprel 2017 22:05

Avtomobil təmiri sexində "VAZ" yandı

23 Aprel 2017 21:59

XİN rəhbəri: "Azərbaycan-Türkiyə-Rusiya formatı çərçivəsində əməkdaşlıq regionda sabitliyi möhkəmləndirəcək"

23 Aprel 2017 21:57

Bakıda faciəvi hadisə

23 Aprel 2017 21:54

"Klon" serialının "Lətifə"si indi nə işlə məşğuldur? - FOTO

23 Aprel 2017 21:52

İşə açıq geyimdə gedin

23 Aprel 2017 21:51

3 otaqlı ev yanıb

23 Aprel 2017 21:42

"Tottenhem" "Çelsi"nin antirekordunu yenilədi

23 Aprel 2017 21:37

Məşhur model hələ də körpəsini gizlədir - FOTO

23 Aprel 2017 21:32

Antisemitizm azalır

23 Aprel 2017 21:30

Yevlaxda ev əşyaları ilə birgə yandı

23 Aprel 2017 21:29

Avro-2017: təmsilçimiz qeyri-etik jest edib, yığmamıza məğlubiyyət verilib

23 Aprel 2017 21:13

Ən ağıllı heyvanların adları açıqlandı

23 Aprel 2017 21:08

Özcan Denizle yaşadığı eşq və qalmaqalla gündəmə gələn aktrisadan xəbər var - FOTO

23 Aprel 2017 20:57

Qırğızıstanda torpaq sürüşməsi olub, ölənlər var

23 Aprel 2017 20:52

"Qarabağ" "Sumqayıt"ın Avropa yolunu kəsdi - FOTOLAR

23 Aprel 2017 20:47

Atası atdı, anası övladlığa verdi, 8 yaşında narkotikə qurşandı - VİDEO

23 Aprel 2017 20:44

ATƏT-in avtomobili minaya düşdü

23 Aprel 2017 20:43

Fransa ilə bağlı əsaslandırılmamış məlumatlar yayılıb

23 Aprel 2017 20:42

On bir milyon fransız seçici səs verə bilməyəcək - "demokratik anomaliya"

23 Aprel 2017 20:37