Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İşəgötürənləri daha sərt qaydalar gözləyir

İşəgötürənləri daha sərt qaydalar gözləyir

Date: 15 December 2015 19:53

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda əlilləri və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək şəxsləri kvota üzrə işə götürməyənlər 2000 manata qədər cərimələnəcəklər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi layihəsinə daxil edilib.

Yeni layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, habelə dövlət büdcəsinə vəsait köçürülməməsinə görə 1000 manatdan 2000 manata kimi cərimə tətbiq ediləcək. Hazırda isə bu cərimənin məbləği 50 manatdan 90 manatadəkdir.

Qeyd edək ki, bu tələblərin gələn il mayın 1-dən qüvvəyə minəcəyi gözlənilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  İşəgötürənləri sərt qaydalar gözləyir

RƏYLƏR


Top news