Parisdə UNESCO-nun Hökumətlərarası Komitəsinin 9-cu sessiyası işə başlayıb

19:53 15 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Parisdə UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təbliği üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyası keçirilir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sessiyada Komitənin 8-ci sessiyasının qısa hesabatının qəbulu, 2016 və 2017-ci illər üçün iş planının hazırlanması, mədəni müxtəliflik üzrə Beynəlxalq Fondun implementasiya və Fandreyzinq strategiyası və yeni layihələrin təsdiqi, operativ normativlər layihəsinin hazırlanmasi, Konvensiyanin həyata keçirilməsində vətəndaş cəmiyyətinin iştirakının qiymətləndirilməsi, komitənin növbəti sessiyasının keçiriləcəyi yer və tarixin müəyyənləşdirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
Dekabrın 16-dək davam edəcək sessiyada nazirliyin əməkdaşı Günay Əliyeva iştirak edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Parisde_UNESCO_nun_Hokumetlerarasi_Komitesinin_9_cu_sessiyasi_ise_baslayib-911542

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR