“Sədəf” xalq çalğı alətləri ansamblının konserti olub

20:03 15 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Sədəf” xalq çalğı alətləri ansamblının konserti olub.
AZƏRTAC xəbər verir ki, konsert 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil edilib.
Konsertdə müxtəlif yaşlı solistlərin ifasında “Rast rəngi”, “Şüştər rəngi”, Ələkbər Tağıyevin “Azərbaycan”, “Azərbaycan oğluyam”, “Mən baharın qızıyam”, Andrey Babayevin “Nazəndə sevgilim yadıma düşdü”, Musa Mirzəyevin “Yeni il gəlir”, Səid Rüstəmovun “Bakının maralısan”, Emin Sabitoğlunun “Axtararsınız” mahnıları, həmçinin “Uzundərə” rəqsi, xalq mahnıları “Sarı bülbül”, “Şuşanın dağları”, “O nə xaldı yanağında”, “Küçələrə su səpmişəm” və “Yaylaq” təqdim edilib.
Qeyd edək ki, Dövlət Uşaq Filarmoniyasının “Sədəf” xalq çalğı alətləri ansamblı filarmoniya yarandığı ildən fəaliyyət göstərir. Ansamblda uşaqlar xalq musiqisinə daha yaxından yiyələnmək imkanına malikdirlər. Belə ki, muğamın incəliklərini, xalq və bəstəkar mahnılarının ifası və müşayiətini öyrənirlər. Ansambla Bakının müxtəlif musiqi məktəblərindən şagirdlər həvəslə maraq göstərir və ansamblın fəaliyyətində yaxından iştirak edirlər.
Ansamblın solistləri dəfələrlə beynəlxalq müsabiqə və festivallarda uğurla Azərbaycan milli musiqisini təmsil ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sedef_xalq_chalgi_aletleri_ansamblinin_konserti_olub-911545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR