Sağlam gələcək naminə ailə portalı təqdim olunub

Sağlam gələcək naminə ailə portalı təqdim olunub
20:03 15 Dekabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Dekabrın 15-də Muzey Mərkəzində “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi (İB) Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Sağlam gələcək naminə ailə portalının yaradılması” layihəsi çərçivəsində hazırlanmış “anacan.az” ailə portalının təqdimatını keçirib.
AZƏRTAC xəbər verir ki, “Sağlam gələcək naminə ailə portalının yaradılması” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-ci il üçün elan etdiyi ikinci maliyyə müsabiqəsinin qalibi olub.
Tədbiri giriş sözü ilə açan İB-nin sədri Fərhad Abdulov bildirib ki, layihənin məqsədi gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam formalaşması üçün valideynlərin maariflənə biləcəyi milli ailə portalının yaradılmasından ibarətdir. Hazırda yaradılan milli ailə portalının səmərəliliyinin artırılması və daha böyük kütləyə təsir etməsi məqsədilə bir çox dövlət qurumları ilə rəsmi əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin icrası üzərində müzakirələr aparılır.
Natiq ailə institutunda olan problemləri, statistik göstəriciləri qeyd etməklə bu gün ailə portalının yaranmasına zərurət olduğunu qeyd edib. Ərsəyə gələn “anacan.az” ailə portalının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uşaq, ailə və qadın siyasətinə xidmət etdiyini söyləyib.
Tədbirdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Təhsil Nazirliyinin nümayəndəsi Namiq Zeynalov və digər çıxış edənlər bildiriblər ki, milli ailə portalı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 10-cu bölməsində “cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi” müddəasına öz töhfəsini verəcək.
Tədbirin sonunda portalın yaranmasında əməyi olan gənclərə diplomlar təqdim olunub.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Saglam_gelecek_namine_aile_portali_teqdim_olunub-911544

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR