Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 15 Dekabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 15 Dekabr

Date: 15 December 2015 20:09

GÜNÜN ŞƏRHİ

 

Rusların Yeni İli restoranlarda deyil, evdə masa arxasında keçirmək təkcə maddi sıxıntılardan irəli gəlmir. Bu həm də bir sosial etiraz formasıdır. Elə qoyulan qadağalara rəğmən yayda Türkiyə kurortlarında istirahətdən vaz keçməmək də sosial etirazdır. Zatən rus turistlərinin Türkiyəyə üz tutmasının əsas səbəbi xidmətin yüksək, qiymətlərin ucuz olması idi. Bu göstəricilər üzrə Türkiyənin alternativi demək olar ki, yoxdur və siyasi səbəblərdən bu alternativdən  məhrum olmaq təbii ki, maddi gəlirləri hər gün azalan insanları qıcıqlandırır. Nəzərdən qaçırmaq olmaz, yeyib-içmək, istirahət etmək rus mentalitetinin ayrılmaz elementi və zəif damarıdır. Bu damara basmaq istənilən hakimiyyətin dövründə, lap elə Sovetlər dönəmində belə müqavimətlə qarşılanıb. Təkcə Brejnev dövrünün lətifələrini xatırlatmaq kifayətdir...

 

Vüqar MƏSİMOĞLU


Tags:  Sevinc Vaqifqızı Ana xəbər bloku 15 Dekabr

RƏYLƏR


Top news