Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Metro istifadəçilərinə ŞAD XƏBƏR

Metro istifadəçilərinə ŞAD XƏBƏR

Date: 15 December 2015 20:32

Bakı Metropoliteni Yeni il ərəfəsində metrodan istifadə edən vətəndaşları sevindirəcək.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, uzun müddətdir inşasına başlanan metronun "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışı yaxın 15 gün ərzində sərnişinlərin ixtiyarına veriləcək.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, bu stansiyanın yeni giriş-çıxışlarında inşa işləri artıq yekunlaşıb. Hazırda burda avadanlıqların quraşdırılması və abadlıq işləri aparılır.

""Elmlər Akademiyası" stansiyasının yeni 4 giriş-çıxışı inşa olunub. Hər çıxışda müasir eskalatorlar quraşdırılıb. Stansiyanın çıxışlarından biri Bakı Dövlət Universitetinin qarşısına (Z.Xəlilov küç), ikincisi Mətbuat prospektinə, digər ikisi isə Bəxtiyar Vahabzadə küçəsinə çıxacaq. 4 istiqamətə yönələn çıxışlar həm də piyadalar üçün ərazidə yeraltı keçid rolunu oynayacaq", - deyə Nəsimi Paşayev əlavə edib.

Metronun Elmlər Akademiyası stansiyasının 2-ci çıxışının tunelində tikinti işlərinə 2012-ci ilin avqustunda start verilib. Stansiyasının birinci çıxışı ilə ikinci çıxışı arasındakı məsafə 64 metrdir. İkinci çıxışın tikilməsində əsas məqsəd indiyə qədər bir çıxışdan ibarət olan Elmlər Akademiyası metrostansiyasında sərnişin sıxlığının qarşısını almaqdır.

Açılışı çoxdan gözlənilən "Avtovağzal" stansiyasının təhvili isə bir qədər uzanır.

Nəsimi Paşayev stansiyanın gələn ilin ilk yarısında açılacağını söyləyib. Bu stansiyada da son quraşdırma işlərinin görüldüyünü bildirən mətbuat xidmətinin rəhbəri açılışın yubanmasına səbəb kimi ərazidə çökmə prosesinin getməsi ilə bağlı yayılan fikirlərə də münasibət bildirib.

Metropoliten rəsmisi bunun Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində bu yaxınlarda baş verən sürüşmə ilə əlaqədar vətəndaşlar arasında yanlış məlumat olduğunu vurğulayıb. O, metrostansiyanın həmin ərazidən xeyli uzaq məsafədə yerləşdiyini də diqqətə çatdırıb.

Milli.Az





Tags:  Metro istifadəçilərinə ŞAD XƏBƏR


RƏYLƏR


Top news