Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​Lənkəran Dövlət Universiteti və ATU-da monitorinqlər keçirilib

​Lənkəran Dövlət Universiteti və ATU-da monitorinqlər keçirilib

Azərbaycanda 8 ali təhsil müəssisəsinin akkreditasiyasına başlanılıb (06 Mart 2017 18:27)
Bilik Fondunda dil dərsi keçirilib (21 Fevral 2017 19:52)

Tarix: 15 Dekabr 2015 21:02

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Texniki Universitetinin Fəlsəfə və Politologiya kafedrasının müdiri Əyyub Kərimov Lənkəran Dövlət Universiteti və Azərbaycan Tibb Universitetində Azərbaycan multikulturalizmi fənninin monitorinqini aparıb.
Bu barədə məlumat "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən (BBMM) verilib.
Əyyub Kərimov Lənkəran Dövlət Universitetində fənnin tədris edildiyi 150 tələbəyə “Multikulturalizm, fərqli modellər, növlər, siyasətlər” mövzusunda mühazirə oxuyub.
Eyni zamanda, Əyyub Kərimov Azərbaycan Tibb Universitetinin İctimai Elmlər kafedrasının müəllimi Fəridə Qəniyevanın “Multikulturalizmə giriş” fənni üzrə “Azərbaycan Respublikasında multikulturalizm siyasəti və ölkənin sosial-iqtisadi inkişafı”(rus bölməsində) mövzusunda məşğələ dərsinin monitorinqini aparıb. 

Teqlər:  Lənkəran Dövlət Universiteti ATU-da monitorinqlər keçirilib



RƏYLƏR


Top xəbərlər