Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda sayğac oğruları peyda oldu - VİDEO

Bakıda sayğac oğruları peyda oldu - VİDEO

Date: 15 December 2015 21:05

Bu xəbərimiz isə qeyri adi bir oğurluq hadisəsi ilə bağlıdır. Belə ki indi də sayğac oğruları peyda olub. Onların törətdiyi əməl qədər istifadə etdiyi üsul da diqqət çəkir.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, əvvəl qısaqapanma yaradır. Bu yolla evdə adam olub - olmadığını müəyyənləşdirir. Daha sonra əsas məqsədini yerinə yetirir. Elektrik şitindəki ana xətti zəif kabellə birləşdirərək avtomatı rahatlıqla sökür və hadisə yerindən uzaqlaşır. Kadrlar vətəndaşın blokda quraşdırdığı kamera ilə çəkilib.

Məlum məsələdir ki, aparat yerinədən çıxarıldıqdan sonra zəif naqil qızaraq sıradan çıxır. Oğurluq bir yana bu elə bina üçün də yanğın təhlükəsi yaradır. Amma problem bununmla da bitmir. Çünki oğru zərəçəkənin başını azərişıqla münasibətloərində bəlaya salır. Çünki bu hal sayğaca müdaxilə kimi qiymətləndirilə bilər.

Çıxış yolu isə budur ki, vətəndaşlar tez-tez sayğaclarını yoxlasınlar. Əgər belə halla üzləşərlərsə dərhal qurumun 199 saylı qaynar xəttinə məlumat vermək lazımdır. Yalnız bu yolla vətəndaşlar özlərini cərimə ödənişindən sığortalaya bilərlər. Məsələnin həm də hüquqi aspekti də var. Hüquqşünas Heydər Cəfərovun sözlərinə görə, bu birbaşa cinayətdir.
Milli.Az


Tags:  Bakıda sayğac oğruları peyda oldu VİDEO


RƏYLƏR


Top news