Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyadan pul köçürmələri xeyli azaldı - VİDEO

Rusiyadan pul köçürmələri xeyli azaldı - VİDEO

Date: 15 December 2015 21:12

Sanksiyalar və xeyli müddətdir davam edən iqtisadi böhran Rusiyada həyat şəraitini günü gündən çətinləşdirir. Bu isə öz növbəsində orda çalışan azərbaycanlıların gəlirlərinə də təsir edir.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, nəticədə onların yaxınlarına göndərdikləri vəsaitdə kəskin azalma var bunu rəsmi rəqəmlər də təsdiqləyir. Rusiyadakı əməkdaşımızın reportajını təqdim edirik.

Son aylarda baş verən siyasi və istisadi böhran Rusiyada yaşayan həmvətənlilərmizdən yan keçməyib.Onların Azərbaycana göndərdikəlri pul həcmi təxminən iki dəfə azalıb.

Rusiyanın Mərkəzi Bankı bu ilin 9 ayı ərzində azərbaycanlı əmək miqrantlarının Azərbaycandakı yaxınlarına göndərdikləri pulların məbləğinin cəmi 272 milyon dollar təşkil etdiyini açıqlayıb.

Halbuki ötən ilin eyni dövründə bu rəqəm 456 milyon idi. Bu, sürətli pul köçürmələri əsasında qeydə alınmış statistikadır. Analoji tendensiya orta asiyalılar üçün də qeydə alınıb. Bu ölkələrdən olan sürətli köçürmədə təxminən 2 dəfə azalıb. Ən çox azalma isə Özbəkistan və Tacikistana pul transferində qeydə alınıb.
Milli.Az


Tags:  Rusiyadan pul köçürmələri xeyli azaldı VİDEO


RƏYLƏR


Top news