Avtobuslarda kartla ödəmə niyə alınmadı? VİDEO

Avtobuslarda kartla ödəmə niyə alınmadı? VİDEO
21:17 15 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda təxminən 5 ildir gündəmdə olan avtobuslarda nəğdsiz ödənişlər hələ də baş tutmayıb. Baxmayaraq ki, ''BakuBus'' şirkəti balansındakı bütün avtobuslarda bunu təxminən 6 ayda uğurlu şəkildə tətbiq edə bilib. Digər marşrutlardakı avtobuslarda quradırılmış cihazları hazırda toz basıb, bəziləri hətta sökülüb. Xərclənən vəsait bir kənara layihənin niyə hələ də baş tutmaması maraq doğurur.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, avtobuslarda kartın oxunması üçün cihaz olsa da gedişhaqqı nəğd olaraq sürücüyə ödənir. Hətta bəzilərində həmin cihazlar yığışdırılıb. Bakıda təxminən 5 ildir marşrut avtobuslarında nəğdsiz ödənişi həyata keçirmək mümkün olmayıb. "BakuBus" MMC-yə məxsus bir neçə marşrut xaricindəki avtobuslara quraşdırılan terminalları istifadəsiz qalıb.

Köhnə avtobusların sürücüləri və sərnişinlər ödənişin plastik kartlar vasitəsi ilə edilməsini istəyir.''BakuBus'' şirkəti təxminən 6 ayda balansındakı bütün avtobuslarda bunu uğurlu şəkildə tətbiq edə bilib. Yəni illərdir mövcud texnologiyanı tətbiq etmək çətin deyil. Əvəzində isə Bakıda 5 ildir tətbiq edilə bilməyən kartla ödəniş artıq köhnəlir. Bir çox tanınmış şəhələrdə smartfonlarla ödənişin tətbiqinə başlanıb.

Kartsız ödənişlər zamanı sahibkarlar bütün məsuliyyəti sürücünün üstünə yıxır və ancaq gündəlik gəlirini toplayır. Belə olduqda da sürücü daha pul qazanmağa çalışır və xidmətdə keyfiyyət arxa plana keçir və nəticəsi xoşagəlməz olur.

Nəqliyyat Nazirliyinin bu məsələ ilə bağlı mövqeyini öyrənmək istəsək də bu mümkün olmadı. Dəfələrlə bu layihə üçün konkoret vaxt vəəd edib, gerçəkləşdirə bilməyəndə susan nazirlik yenə eyni üslubu seçdi.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR