Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rus nazirdən Türkiyəyə görə tənqid

Rus nazirdən Türkiyəyə görə tənqid

Date: 15 December 2015 21:36

Rusiyanın idman naziri Vitali Mutko Türkiyəyə görə Rusiya voleybol klubu tənqid edib.

ANS PRESS-in məlumatına görə, nazirin klubu tənqid etməsinə səbəb isə rus voleybolçuların Türkiyədə keçirilən oyuna getməməsi olub.

“Voleybol klubu Türkiyəyə getməməklə səhv addım atıb. Türkiyə idmançıların təhlükəsizliyini təmin etmək məcburiyyətindədir”.

Nazirinin sözlərinə görə, "Dinamo" komandası Türkiyəyə getməməklə aftomatik məğlub hesab edilir. "Belogorye" və "Dinamo" komandaları arasında oyun 1 - 2 dekabrıda keçiriləcəkdi.


"Dinamo" voleybol komandası


Rusiyanın Voleybol Federasiyası Türkiyədə keçirilən oyunların təxirə salınması barədə açıqlama vermişdi. Açıqlamada bildirilir ki, Türkiyə komandaları ilə keçiriləcək oyunlar qeyri–müəyyən müddətə təxirə salınır.

Bundan əvvəl, Türkiyənin baş naziri Əhməd Davutoğlu Avropa liqasının 1/16 final mərhələsində“Fənərbağça” ilə “Lokomotiv Moskva” arasında keçiriləcək matçala bağlı açıqlama vermişdi. Baş nazir bildirib ki, komandaların arasında keçiriləcək oyunun ölkələr arasında olan problemlərə aidiyyatı yoxdur.

Əhməd Davutoğlu iki komandanın görüşünün gentlmen oyunu olacağına ümüd edir: “Lokomotiv” bizim üçün yad komanda deyil. Meydanda qarşılaşacaq gənc oyunçuların indiki problemlərə aidiyyəti yoxdur. Türkiyə və Rusiya vətəndaşları Moskvanın və İstanbulun stadionlarını dolduracaq".

Tags:  Rus nazirdən Türkiyəyə tənqid

RƏYLƏR


Top news