Kerri: Rusiya və ABŞ birlikdə çox şey edə bilərlər

21:44 15 Dekabr 2015
17 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada böhranın nizamlanmasına dair Vyana danışıqları bir sıra yeni imkanlar yaradır, Rusiya və ABŞ birlikdə çox şey edə bilərlər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.  

 

“Həm “Vyana-1”, həm də “Vyana-2” çox uğurlu başlanğıcdır, danışıqlar bir sıra yeni imkanlar yaradır və tamamilə aydındır ki, Rusiya və ABŞ birlikdə çox şey edə bilərlər”, deyə Kerri bildirib.

 

ABŞ dövlət katibi görüşdə Rusiya tərəfinə əməkdaşlığa görə minnətdarlığını bildirib.   

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225334

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR